DataLife Engine > siyaset > Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri ilə görüşüb

Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri ilə görüşüb


6-06-2016, 19:19. Разместил: heqiqet Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri ilə görüşüb Azərbaycan prezidenti İlham Əliyevin Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.
Görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini apelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

Вернуться назад