Rusiya müdafiə naziri Heydər Əliyevin məzarını ziyarət edib
15-08-2016, 12:27. Разместил: heqiqet
O, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə gül dəstələri düzüb.
Qonaq həmçinin görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib.
Sonra S. Şoyqu Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Вернуться назад