Referendum bülletenləri sentyabrın 11-dən paylanacaq
31-08-2016, 20:07. Разместил: heqiqet
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədr Məzahir Pənahov deyib. O xatırladıb ki, 2015-ci il noyabrın 1-də keçirilən seçkilərdə bülletenlərin paylanmasına seçkilərə 10 gün qalmış başlanıb: “Hesab edirəm ki, bu dəfə səsverməyə 15 gün qalmış bülletenlərin paylanması kifayət edər”.
M. Pənahov sentyabrın 1-dən etibarən dairə seçki komissiyaları üçün treninqlərin başlayacağını da açıqlayıb. Tədbirlərdə DSX sədrləri və müvafiq şəxslər iştirak edəcəklər.
Вернуться назад