DataLife Engine > siyaset > Putin: KTMT-nin İrəvanda keçirilən sessiyasında Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub

Putin: KTMT-nin İrəvanda keçirilən sessiyasında Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub


17-10-2016, 11:03. Разместил: heqiqet Putin: KTMT-nin İrəvanda keçirilən sessiyasında Qarabağ münaqişəsi ilə bağlı kompromislər müzakirə olunub Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də İrəvanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.
V. Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar: “KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik”.

Вернуться назад