DataLife Engine > siyaset > NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir

NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir


16-11-2016, 09:37. Разместил: heqiqet NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir NATO Azərbaycanla dialoqu gələn il də davam etdirmək niyyətindədir. Bu barədə Brüsseldə NATO-nun mətbuat xidmətindən məlumat verilib.
Ofisdən verilən məlumata görə, Azərbaycan və NATO arasında yeni fərdi fəaliyyət planına əməkdaşlığın müxtəlif aspektləri daxil ediləcək: "Növbəti fəaliyyət planına müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, effektiv idarəetmə üsullarının nəzərdən keçirilməsi, müdafiə islahatları sahəsində əməkdaşlıq, eləcə də hərbi təhsil sahəsində islahatlar barədə dialoq daxil olunacaq".
Yeni plan hazırda mövcud olan tərəfdaşlıq fəaliyyətinə əsaslanacaq.
Azərbaycan və NATO arasında əməkdaşlıq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilir.

Вернуться назад