Qobustan rayon təşkilatında YAP-nın yaranmasının 24 illik yubileyi ilə əlaqədar tədbir keçirildi
23-11-2016, 16:37. Разместил: heqiqet
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olundu.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir respublikamızın xilaskarı ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi..
YAP Qobustan rayon təşkilatının sədri, Füzuli Gülaliyev çıxış edərək qeyd etdi ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır: “700 minə yaxın üzvü olan partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zamanda iqtidar partiyasına çevrildi. Bu bir faktdır ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılması mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdü. YAP-ın yaranma zərurəti həm də ağır vəziyyətdə yaşayan xalqın sosial sifarişi kimi şərəfli tariximizə yazıldı”.1992-ci ildə hakimiyyət vəziyyətdən neçə çıxmağın yolarını bilmirdi: “Xalq isə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Nəhayət, "91-lər"in müraciətindən sonra ulu öndər Heydər Əliyev partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi. Beləliklə, 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün YAP qısa müddətdə təşkilatlandı və ölkənin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi”. F.Güləliyev çıxışının sonunda bildirdi ki, “Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, ümummilli liderimiz, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, onun siyasi ideyalarına sadiq olmuşdur. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiyanın bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd kimi qoyub və bu missiyanı ləyaqətlə həyata keçirir.
Azadə Rəssam
Вернуться назад