DataLife Engine > siyaset > Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır


16-06-2015, 14:51. Разместил: heqiqet Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırlanır İqor Popov: "ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ayın sonu, gələn ayın əvvəli bölgəyə səfəri planlaşdırılıb"
Bu ayın sonu, gələn ayın əvvəli ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri planlaşdırılıb.
Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
İ. Popov səfər zamanı Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və dövlət başçıları ilə görüşəcəklərini deyib.
O qeyd edib ki, bu görüşlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq məqsədi daşıyır.
Prezidentlərin bundan əvvəl görüşlə bağlı iradə ortaya qoyduqlarını xatırladan İ. Popov dövlət başçılarının nəzərdə tutulan görüşünün vaxtını açıqlamayıb.

Вернуться назад