DataLife Engine > siyaset > Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir

Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir


27-12-2016, 18:28. Разместил: heqiqet Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir 2017-ci ilin birinci yarısında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir.
Bunu jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev deyib.
Qeyd edək ki, oktyabrın 12-də N.Nazarbayevin Azərbaycana səfəri planlaşdırılırdı. Lakin dövlət başçısının səhhəti ilə əlaqədar səfər təxirə salınmışdı.
Səfirin sözlərinə görə, həmçinin gələn il Qazaxıstan dövlət qurumlarının bir sıra nümayəndələri Azərbaycana səfər edəcəklər.
B.İsabayev vurğulayıb ki, qlobal iqtisadi böhrana baxmayaraq, Qazaxıstan və Azərbaycan zamanın bu sınağından ən az itkilərlə çıxacaqlar.
B.İsabayev bildirib ki, Qazaxıstan Azərbaycanı Dağlıq Qarabağ məsələsində həmişə dəstəkləyib.
Вернуться назад