DataLife Engine > siyaset > Həbs edilmiş bloqqer Azərbaycan prezidentindən üzr istədi

Həbs edilmiş bloqqer Azərbaycan prezidentindən üzr istədi


23-01-2017, 10:15. Разместил: heqiqet Həbs edilmiş bloqqer Azərbaycan prezidentindən üzr istədi Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan israilli bloqqer Aleksandr Lapşin Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib.
Lapşinin vəkili bildirib ki, o, prezident İlham Əliyevə üzrxahlıq məktubu ünvanlayıb.
İsrailin Belarusdakı səfirliyinin konsulu Yuliya Raçinski-Spivakov qeyd edib ki, bloqqer məktubda öz hərəkətlərinə görə üzr istəyib.
Qeyd edək ki, Aleksandr Lapşin Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edərək qondarma Dağlıq Qarabağı müstəqil respublika kimi tanımışdı.
Вернуться назад