Avropa Komissiyasının nümayəndəsi: Tezliklə təcrübəli komandamız Azərbaycanla danışıqlara başlayacaq
30-01-2017, 11:38. Разместил: heqiqet
Bu sözləri Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə baş direktoru Kristian Danielson deyib. O bildirib ki, danışıqların müddəti əldə olunacaq nailiyyətdən asılıdır və indiki mərhələdə nə zaman bitəcəyini demək mümkün deyil: “Məqsədimiz danışıqların effektiv aparılmasıdır. Bizim əməkdaşlığımız artıq mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq Razılaşması üzərində qurulacaq, lakin yeni sahələri də əhatə edəcək. Bu, Avropa İttifaqının bu razılaşma əsasında ümumi xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə danışıqlarda əldə etdiyi səlahiyyətlərlə bağlıdır. Bu sahələrdə biz Azərbaycanla məhsuldar əməkdaşlığa ümid edirik. Ticarət sahəsində tərəflər arasında ticarəti asanlaşdıracaq və bir sıra sektorları əhatə edəcək razılaşma əldə edəcəyinizə ümid bəsləyirik".
Вернуться назад