ABŞ-ın Missuri ştatında Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib
28-02-2017, 10:09. Разместил: heqiqet
Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib ki, tədbirdə Amerika, Çin, Rusiya, İran və Misirdən olan universitet heyəti və tələbələr iştirak ediblər. Tədbirdə həmin universitetdə təhsil alan Xocalı sakini Nərmin İbrahimova çıxış edərək əvvəlcə Azərbaycan haqqında, ölkənin coğrafi mövqeyi və siyasəti ilə bağlı ümumi məlumat verib. Daha sonra o, soyqırıma məruz qalmış Xocalı əhalisinin həmin gecə yaşadıqları barədə danışıb, şəhəri tərk etməyə çalışan əhalinin meşə və yollarda kütləvi qırğına məruz qaldığını, girov götürülənlərə ağır işgəncələr verildiyini qeyd edib.
Doğma yurdu işğal edildikdən sonra yaşadığı məcburi köçkün düşərgəsindəki çətinliklərə baxmayaraq, N. İbrahimova təhsil alaraq öz icmasını layiqincə təmsil etməyə və onların haqq səsini dünya ictimaiyyətinə çatdırmağa çalışacağını bildirib.
Вернуться назад