Ayı və ceyranların istirahət mərkəzlərində qanunsuz saxlanılması aşkarlanıb
13-04-2017, 13:50. Разместил: heqiqet
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 Dağıstan turunun və Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib, “Yaşıl Göl” və “Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
“Qarabağ” istirahət mərkəzindəki heyvanların isə götürülərək Mərkəzə təhvil verilməsi üçün hazırda zəruri tədbirlər görülür.
Вернуться назад