Dini radikalizmlə mübarizə çərçivəsində növbəti tədbir keçirilib
2-07-2015, 11:19. Разместил: heqiqet
“Dini radikalizm və onun təzahür formaları” mövzusunda keçirilən görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov iştirak edib.
Dövlət Komitəsinin sədr müavini S.Heydərov çıxış edərək ölkədəki mövcud dini vəziyyət, dövlətin dini etiqad azadlığının təminatı üzrə gördüyü işlər, ölkəmizdə radikalizm meyillərinin yaranması və bununla əlaqədar mövcud tendensiyalar, bu meyillərin yayılmasında maraqlı olan qüvvələr haqqında məlumat verib.
Görüşdə, həmçinin radikalizmə meyilli şəxslərin fəaliyyət istiqamətləri, metodları, həvəsləndirici və s. vasitələr, eləcə də dini ekstremizmə qarşı keçirilən maarifləndirmə və koordinasiya işinin təşkili üzrə kompleks tədbirlər barədə iştirakçılara məlumat verilib.
Вернуться назад