DataLife Engine > sosial > Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər


8-05-2017, 12:26. Разместил: heqiqet Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət ediblər Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Şura üzvləri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət ediblər.
F. Heydərov və Şura üzvləri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarına gül dəstələri düzüblər.
F. Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanı dünyaya tanıdıb. O qeyd edib ki, Heydər Əliyev Azərbaycan insanının hər birinin yaxşı, firavan yaşaması üçün əlindən gələni edib. "Ulu öndər elə bir ömür yaşadı ki, Azərbaycan xalqı, dünya onu tanıdı", - deyə F. Heydərov vurğulayıb.
Вернуться назад