DataLife Engine > sosial > Astarada dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsinə 3 milyon ayrılıb

Astarada dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsinə 3 milyon ayrılıb


8-06-2017, 19:17. Разместил: heqiqet Astarada dənizkənarı park-bulvar kompleksinin genişləndirilməsinə 3 milyon ayrılıb Azərbaycan prezidenti İlham Əliyev Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Вернуться назад