DataLife Engine > sosial > DTX-nın müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə keçirilib

DTX-nın müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə keçirilib


9-06-2017, 17:43. Разместил: heqiqet DTX-nın müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə keçirilib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, başçəkmə zamanı saxlanılma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti və digər hüquqların təminatı vəziyyəti, rəftar məsələləri araşdırılıb, bu məqsədlə müəssisə daxilində fərdi qaydada qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının rəftarından və saxlanma şəraitindən şikayət etməyib, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
Fərdi qaydada qəbul zamanı saxlanılan şəxslərin qaldırdıqları bəzi müraciətlər yerində araşdırılıb və sənədləşmənin aparılması vəziyyəti öyrənilib, hər birinə hüquqi məsləhətlər verilib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.
Yekunda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.
Вернуться назад