Azərbaycanda seyidlik vəsiqələri verilir: QMİ-nin xəbəri varmı?
12-06-2017, 11:22. Разместил: heqiqet
Beləvəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədəmüzakirəmövzusu olub.
Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənədQMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. Sənədonun imzası vəşəxsi möhürüilətəsdiqlənib.
Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərəverilən belə vəsiqələrinsayını göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədəictimaiyyətin məlumatsızlığısənədin həqiqiliyini şübhə altına salıb.
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan müsəlmanlara seyid deyilir.
***
Sosial şəbəkələrdə Tağıyev Elnur Mirverdi oğlunun adına verilən seyidlik vəsiqəsi böyük müzakirələrə səbəb olub. Diqqəti cəlb edən məqamlardan biri də vəsiqənin QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzovun imzası və möhürü ilə təsdiqlənməsidir.
Femida.az QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzovla əlaqə saxlayıb. O, açıqlamasında məsələyə aydınlıq gətirib:
- Həmin oğlanı heç tanımıram, bu gün də görsəm, tanımaram. Elnur əslən Lerikdəndir. Mənə müraciət edəndə dedi ki, seyid nəslindəndir, amma sübut edə bilmir. Məndən xahiş etdi ki, onun seyid olmağını sübut etməyə kömək edim. Mən də bildirdim ki, kənddə olan insanlardan onun seyidliyini təsdiq edənlər varsa, müraciət etsinlər. Elə də oldu. Bir neçə nəfər təsdiq etdi ki, həmin oğlan həqiqətən də seyid nəslindəndir. Bundan sonra ona vəsiqəni verdim.
Bəs, başqa insanlara da bu seyid vəsiqəsi verilibmi? Mirqiyas Təhməzov bildirib ki, Elnur Tağıyevdən başqa heç kimə belə vəsiqə verilməyib və bundan sonra da verilməyəcək. Elnur Tağıyevin də məqsədi el arasında seyid kimi tanınmasını istəməsi olub.
Вернуться назад