DataLife Engine > sosial > Azərbaycanda 4 milyon hektardan çox ərazinin relyef xəritələri hazırlanıb

Azərbaycanda 4 milyon hektardan çox ərazinin relyef xəritələri hazırlanıb


13-06-2017, 12:59. Разместил: heqiqet Azərbaycanda 4 milyon hektardan çox ərazinin relyef xəritələri hazırlanıb Ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi yekunlaşıb.
Bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib. O bildirib ki, bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub.
K. Həsənov qeyd edib ki, hazırda Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib: “Torpaqların keyfiyyət göstəricilərinin, münbitliyinin artırılması, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaq üçün komitənin müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş stasionar və səyyar mobil laboratoriyaları fəaliyyət göstərir. Torpaq və Bitki Laboratoriyasında analizlər nəticəsində torpaqların və yem bitkilərinin keyfiyyətləri ilə bağlı bir çox məlumatlar əldə edilir”.
Вернуться назад