Məzarı əsirlikdə olan, özü unudulan şəhid - VİDEO
13-06-2017, 18:19. Разместил: heqiqet
Bacısı Mətanət Rüstəmova deyir ki, qardaşının ən böyük arzusu şəhid olmaq idi: "Arzusuna çatmaq üçün çox can atdı. Atam onu başqa fakültələrə yönəldirdi, amma deyirdi yox, mən hərbçi olmaq istəyirəm. Ölsəm də, hərbi paltarda öləcəyəm".
Məhəmməd Rüstəmovun məzarı 24 ildir düşmən əsirliyindədir. Bacısı ötən illər ərzində şəhidin heç bir yerdə xatırlanmamasından gileylənir: "O yaralı olan vaxtı deyib ki, əsgəri götürün, məni sonra götürərsiniz. Məhəmmədin qanı axır, ayağının birini itirib - döyüş yoldaşları belə danışır. Məhəmməd 24 ildir heç bir yerdə adı çəkilməyən bir şəhiddir, heç bir yerdə xatırlanmır".
Məhəmməd Rüstəmovun ailə üzvləri onunla fəxr etdiklərini, qürur duyduqlarını deyirlər: "Mən oğlumla fəxr edirəm, şəhid olub. Toyu olmadı, 24 yaşında şəhid oldu".
Şəhid ailəsinin bir arzusu var - düşmən tapdaqları altında olan torpaqlarımızın azad olunması, Cəbrayıl rayonunun düşmənlərdən geri alınması.
Вернуться назад