Dövlət qulluqçuları ilə bağlı məlumatların reyestrə düzgün daxil edilmədiyi müəyyən edilib
21-06-2017, 13:23. Разместил: heqiqet
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş “Dövlət qulluğunun aktual problemləri” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bir çox hallarda isə dövlət qulluqçularının əmək kitabçalarına daxil olan məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edilib:
"Dövlət qulluqçuları barəsində olan məlumatların müvafiq dövlət orqanları tərəfindən vaxtında, tam və düzgün daxil edilməməsi inzibati məsuliyyətə səbəb olur. Təbii ki, bu uyğunsuzluqların aradan qaldırılması üçün tərəfimizfən tədbirlər görülməkdədir".
Вернуться назад