Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
10-07-2017, 15:49. Разместил: heqiqet
Leysan yağacaq, dolu düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
ETSN-dən İstiPress-ə verilən məlumata görə, iyulun 11-dən 13-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Вернуться назад