Akif Əli "fındıqbaş" sözünə görə üzr istədi - YENİLƏNİB
8-09-2017, 14:55. Разместил: heqiqet
“Hörmətli feysbuk istifadəçiləri!
ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!
***
10:44
Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.
Lent.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını təqdim edirik:
“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.
Вернуться назад