DataLife Engine > sosial > RƏZALƏT: Zaur Kamal 7-ci sinifdə oxuyan qıza elçi getdi

RƏZALƏT: Zaur Kamal 7-ci sinifdə oxuyan qıza elçi getdi


17-11-2017, 12:02. Разместил: heqiqet RƏZALƏT: Zaur Kamal 7-ci sinifdə oxuyan qıza elçi getdi Aparıcı Zaur Kamal “5-də 5“ verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi gedib. Lent.az-ın məlumatına görə, 15 yaşlı qızın anası bu elçiliyə qarşı çıxıb: “Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”.
Qeyd edək ki, Z.Kamal elçiliyə ağsaqqal kimi gitara ifaçısı Rəmişi (Rafiq Hüseynov) də aparıb. Aparıcının bu elçiliyi sosial şəbəkədə tənqid olunub.
Məsələylə bağlı danışan Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib:
"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı var deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan “hə” alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. Efirdə də söyləyəcəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”.
Вернуться назад