Nazirlik: Saat 09:00-a Abşeron yarımadasında tozun miqdarı sanitar normadan yuxarıdır
21-11-2017, 10:20. Разместил: heqiqet
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 21 noyabr 2017-ci il tarixində səhər saat 09:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan yuxarı olduğu qeydə alınıb.
Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə ölkə ərazisinə daxil olub.
Вернуться назад