DataLife Engine > sosial > Məscidlərdə çalışan din xadimləri fevraldan maaş alacaq

Məscidlərdə çalışan din xadimləri fevraldan maaş alacaq


18-12-2017, 11:29. Разместил: heqiqet Məscidlərdə çalışan din xadimləri fevraldan maaş alacaq Məscidlərdə çalışan din xadimləri gələn ilin fevral ayından maaş ala bilərlər.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimləri rəsmi şəkildə əməkhaqqı alacaqlar:
"Əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur. Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar. Əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var".
M.Qurbanlı bildirib ki, bu günlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının direktor və heyəti açıqlanacaq.
Вернуться назад