DataLife Engine > sosial > Bakıda 240-a yaxın zirzəmisi sulu bina var

Bakıda 240-a yaxın zirzəmisi sulu bina var


21-12-2017, 12:52. Разместил: heqiqet Bakıda 240-a yaxın zirzəmisi sulu bina var Son araşdırmalara görə, Bakıda 240-a yaxın zirzəmisi sulu olan bina var.
Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Onun sözlərinə görə, RGEM tərəfindən hər il yaşayış binaların zirzəmələri ilə epidemioloji araşdırmalar aparılır.
Zirzəmilərdə suyun olmasının yolverilməz olduğunu deyən Z.Kazımov bildirib ki, z irzəmilərə daxil olan suların bir qismi kommunikasiya xətlərin nasazlığı nəticəsində sızan sulardan , bir qismi qurunt sularından, bir qismi isə digər qarışıq sulardan daxil olur.
Şöbə müdiri qeyd edib ki, bununla bağlı müvafiq dövlət qurumlarına ünvanlar qeyd etməklə məktublar göndərilib. Onların nəzərlərinə qeyd olunan ərazilərdə mühəndis-texniki işlərin aparılmasının vacibliyi çatdırılıb: "Lakin buna baxmayaraq, bu gün də 240-a yaxın sulu zirzəmi mövcuddur. Əgər zirzəmidə nəmişlik varsa, o, birinci mərtəbədə yaşayanlar arasında tənəffüs sistemi xəstəliklərinin, o cümlədən ağciyər xəstəliklərinin yaranmasına səbəb olur".
Z.Kazımov onu da əlavə edib ki, RGEM-ı daxil olan şikayətlərin 30-40 faizi mənzillərdəki səs-küylə bağlı olur.
Вернуться назад