Qanunsuz ov hallarının qarşısı alınıb
7-02-2018, 14:37. Разместил: heqiqet
DİN məlumat verir ki, fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən "Ata-arms”, Emil Mirzəyevdən "MR-27”, Orxan Əliyevdən "Ata-arms” və Vasif Bağırovdan "Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.
Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.
Вернуться назад