DataLife Engine > sosial > Alpaqut Federasiyasının nümayəndələri Qarabağ Qazisini ziyarət etdi

Alpaqut Federasiyasının nümayəndələri Qarabağ Qazisini ziyarət etdi


27-04-2018, 10:31. Разместил: heqiqet Alpaqut Federasiyasının nümayəndələri Qarabağ Qazisini ziyarət etdi Dünən Azərbaycan Alpaqut Federasiyasının Nizam İntizam Komitəsinin sədri Natiq Eminov və Federasiyanın Regional Məsələlər üzrə vitse prezidenti Ruslan Quliyev hal- hazırda Hərbi Hospitalda müalicə alan Qarabağ Qazisi Gizir Qoşqar Hacıyevi ziyarət etdilər.
Qarabağ döyüşlərinin aprel ayında qəhrəmancasına vuruşaraq sağ gözünü itirmiş, Qoşqar Hacıyev artıq neçə illərdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın sayəsində müalicə alır. Həkimlərin dediyinə görə, vəziyyəti yaxşılığa doğru gedir və Qoşqar Hacıyevin yerimə ehtimalı var.Alpaqut Federasiyasının nümayəndələri Qarabağ Qazisini ziyarət etdi
Natiq müəllim müsahibəsində qeyd etdi ki, Azərbaycan çox zəngin bir ölkədir. Ona görə ki, onun Qoşqar kimi saysız -hesabsız Vətən yolunda hər zaman canından keçməyə hazır olan igid övladları var: "Biz Alpaqut Federasiyasının təşkilatçılığı ilə Qarabağ Qazilərimizlə mütəmadi görüşərək onların səhhəti ilə maraqlanır, müxtəlif tədbirlər və yarışlar həyata keçirdirik. Bu tədbirlərin hər birinə Qarabağ Qazilərini dəvət edərək onların iştirakını sevə-sevə izləyirik. Hər dəfə də bizim dəvətimizi qəbul edib gəldikləri üçün onlara sonsuz təşəkkürümüzü bildiririk"-deyə Natiq Eminov bildirib. Azərbaycan qəhrəmanlar diyarıdır, xalqımız hər zaman igid oğulları ilə fəxr edir. Qarşıda bizi daha böyük, məsuliyyətli tədbirlər gözləyir. Vətən uğrunda canından keçməyə hazır olan oğulların yanında olmağa hər zaman hazırıq.

Cəmilə Vasifqızı.

Вернуться назад