DataLife Engine > sosial > XƏBƏRDARLIQ: Anomal istilər iyulun 2-dək davam edəcək

XƏBƏRDARLIQ: Anomal istilər iyulun 2-dək davam edəcək


28-06-2018, 15:52. Разместил: heqiqet XƏBƏRDARLIQ: Anomal istilər iyulun 2-dək davam edəcək Bakıda və Abşeron yarımadasında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanın rayonlarında iyulun 02-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.
Вернуться назад