Ağac kəsintisi ilə bağlı materiallar Baş Prokurorluğa göndərilib
4-07-2018, 11:03. Разместил: heqiqet
Reyd zamanı Gəncə şəhəri, Kəpəz rayonu, M.Hüseynzadə küçəsində köküstə yaş 16 ədəd lüqustr ağacının kəsildiyi və təbiətə 4380 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Gəncə şəhər sakini Rasim Ələsgərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Вернуться назад