Bakıda qanunsuz tikinti işləri aparan şəxs cərimələndi
5-07-2018, 12:48. Разместил: heqiqet
Nazirlikdən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkar edilib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən fiziki şəxs qismində 300 manat məbləğində cərimə olunub.
Hasara alınan ərazidəki 2 ədəd sərv ağacının qorunub saxlanması və aqrotexniki qulluq göstərilməsi məqsədilə N.Qasımova icrası məcburi olan “məcburi göstəriş” verilib.
Вернуться назад