DataLife Engine > sosial > Nazirlik: Sürüşmə zonasında çatların ölçüsü artıb

Nazirlik: Sürüşmə zonasında çatların ölçüsü artıb


29-10-2018, 15:08. Разместил: heqiqet Nazirlik: Sürüşmə zonasında çatların ölçüsü artıb Badamdar sürüşmə zonasında aparılan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən xəbərə görə, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.
Вернуться назад