DataLife Engine > sosial > Azərbaycanlı qardaşlar mükfatlandırıldı - "Müqəddəs Nikolay xaçı" ilə təltif olundular - FOTOLAR

Azərbaycanlı qardaşlar mükfatlandırıldı - "Müqəddəs Nikolay xaçı" ilə təltif olundular - FOTOLAR


25-01-2019, 17:50. Разместил: heqiqet Azərbaycanlı qardaşlar mükfatlandırıldı - "Müqəddəs Nikolay xaçı" ilə təltif olundular - FOTOLAR Ukraynada bir ailənin 3 üzvünü ölümün cəngindən xilas edən iki azərbaycanlı, Sabir və Ümid Şirinov qardaşları dünən Nikolayev vilayət radasının sədri tərəfindən təltif olunublar.
Bu barədə Nikolayev vilayəti radasının rəsmi facebook səhifəsində məlumat verilib. Nikolayev vilayəti radasının sədri Viktoriya Moskalenko, həyatlarını təhlükəyə ataraq yanan avtomobildən bir ailənin üç üzvünü xilas edən Sabir və Ümid Şirinov qardaşlarına "Müqəddəs Nikolay xaçı" nişanını təqdim edilib. Nikolayev vilayəti radasının sədir soydaşlarımıza bu cür qəhrəmanlıq göstərdiklərinə görə, öz minnətdarlığını bildirib və deyib ki, “regionda yaşayan bütün milli azlıqların dostluğunu təqdir edir. Bu mükafatı biz Ukraynanın müstəqillik və ərazi bütövlüyünü qoruyan, həmçinin insan həyatını xilas edən vətəndaşlara təqdim edirik”– deyə Viktoriya Moskalenko bildirib.
Xatırladaq ki, yanvarın 19-da Ukraynanın Nikolayev vilayəti ərazisində baş verən qəza zamanı soydaşlarımız yanan avtomobildən 3 nəfərin həyatını xilas ediblər. Onlar arasında körpə uşaq da var.

Azərbaycanlı qardaşlar mükfatlandırıldı - "Müqəddəs Nikolay xaçı" ilə təltif olundular - FOTOLARAzərbaycanlı qardaşlar mükfatlandırıldı - "Müqəddəs Nikolay xaçı" ilə təltif olundular - FOTOLAR
Вернуться назад