DataLife Engine > sosial >
Bakıda ağacları kəsib yerində obyekt tikmək istədilər
Bakıda ağacları kəsib yerində obyekt tikmək istədilər
13-02-2019, 18:56. Разместил:
heqiqet

Ərazidə ağac kəsilməsi və yerində obyekt tikintisinə hazırlıq görülməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) "Qaynar xətt”inə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Şəhər İcra Hakimiyyətinin nümayəndələri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin "V” yaşayış massivindəki əraziyə baxış keçirib. Həqiqətən də 1 qurumuş ağacın kəsilməsi faktı aşkarlanıb.
BŞİH-dən verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılıb, həmin ərazi məişət və digər tullantılardan təmizlənib və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən burada yeni ağaclar əkilib.
Eyni zamanda aidiyyəti qurumlara əraziyə nəzarətin artırılması tapşırılıb.
Вернуться назад