Ağac kəsən şirkət 26760 manat cərimələnib
22-01-2020, 08:33. Разместил: heqiqet
Nazirlikdən verilən xəbərə görə, araşdırma zamanı "Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti altına düşən ağacların köçürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza İdarəsi tərəfindən verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı və ağacların bir qisminin kəsildiyi aşkar edilib. Faktla bağlı icraçı "Bayburd” tikinti şirkəti barəsində protokol tərtib edilib və şirkət 26760 manat məbləğində cərimə olunub.
Вернуться назад