Bakıda karantin qaydalarını pozan kafe aşkarlanıb, 6 nəfər cəzalandırılıb
14-04-2020, 07:20. Разместил: heqiqet
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində polis bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Вернуться назад