DataLife Engine > sosial > Azərbaycan florasında bir çox bitki növlərinin nəsli kəsilmək üzrədir

Azərbaycan florasında bir çox bitki növlərinin nəsli kəsilmək üzrədir


3-05-2020, 04:41. Разместил: heqiqet Azərbaycan florasında bir çox bitki növlərinin nəsli kəsilmək üzrədir Azərbaycanın təbii və mədəni florasında bəzi bitkilərə rast gəlinmir. Hazırda təbii florada mövcud növlərin orta hesabla üçündən biri məhv olmaq təhlükəsi ilə üzləşməkdədir.
Bunu AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov deyib.
Son tədqiqatlar nəticəsində məlum olub ki, quraqlıq bəzi bitkilərin məhvinə səbəb olub.
Tədqiqatlar nəticəsində o da məlum olub ki, bitkilərin məhv olmasının digər bir səbəbi də antropogon amillərdir.
Tofiq Məmmədov hesab edir ki, bitkilərin məhv olmasının qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır.
Qeyd edək ki, Azərbaycan florasında 5000-ə yaxın bitki növünə rast gəlinir. Bunlardan 460-dan artıq növ təbii halda bitən ağac və kol bitkiləridir.


Вернуться назад