Gizli işləyən kafe və çayxanada 13 nəfərə cərimə yazıldı
3-07-2020, 08:14. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Obyektlərə baxış zamanı orada olan kafenin sahibi Ramiz Abıyev və 3 nəfər müştərinin, çayxananın sahibi olan Səfər Əlizadə və 8 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Вернуться назад