DataLife Engine > sosial > Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb

Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb


14-04-2021, 06:34. Разместил: heqiqet Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.
O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.
Вернуться назад