Bu il institutumuzun tədqiqat sahələrində bol pambıq məhsulu yetişdirmişik...
25-09-2025, 19:51. Разместил: heqiqet
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,, AMEA-nın müxbir üzvi, professor
Dəyərli dostlar, bu il institutumuzun tədqiqat sahələrində bol pambıq məhsulu yetişdirmişik, məhsul tam yetişib, sahələr ağ örpəyə bürünüb, havaların qeyri sabit keçməsi bizi narahat edir, məhsul qısa müddətdə itkisiz toplanmalıdır. Əsas məsələ odur ki, elmi tədqiqat işlərinin tələblərinə müvafiq olaraq məhsulu kombaynlarla toplaya bilmirik. Təşəbbüsümlə institutda qərar verdik ki, 5-6 gün həmkarlarımıza məhsul toplanışında yardımçı olaq. Özüm də əməkdaşlarla birlikdə pambıq toplanışında iştirak edirəm. İnsanı əmək ucaldır fikrinə hörmətlə yanaşaraq çalışırıq. Əliniz- qolunuz ağrımasın hörmətli həmkarlar!
Вернуться назад