İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir
26-04-2016, 11:05. Разместил: heqiqet
Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib: "Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".
M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşməncavab atəşi ilə susdurulub və geri çəkiliblər: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".
Вернуться назад