Bakının bu yolları bağlıdır
2-05-2016, 10:05. Разместил: heqiqet
Bundan başqa, yolda aparılan təmir və tikinti işlər ilə əlaqədar Neftçilər prospektində, Azadlıq meydanının qarşısında yolun 3 zolağı bağlanıb.
Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində də yolun 2 zolağı bağlıdır.
Eləcə də Alfred Nobel prospektində, "ASAN Xidmət" mərkəzinin qarşısındakı yol Zığ şossesi istiqamətində yeni yeraltı keçidin tikilməsi ilə əlaqədar olaraq bağlanıb. Alternativ olaraq sürücülərdən Yeni Bulvar ərazisi - Dəniz kənarı yoldan istifadə etməsələri xahiş olunur.
Qeyd edək ki, artıq uzun müddətdir ki, Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar bağlıdır.
Sürücülərdə sadalanan hərəkət istəqaməti üzrə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Вернуться назад