Bakıda şagirdlər arasında kütləvi dava - Yaralılar var
27-05-2016, 10:13. Разместил: heqiqet
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 106 saylı orta məktəbin həyətində qeydə alınıb. Şagirdlər - 1999-cu il təvəllüdlü Elşən Cəsarət oğlu Hüseynov, 1999-cu il təvəllüdlü Nicat Nizami oğlu Əliyusifov, 1999-cu il təvəllüdlü Elşad Oruc oğlu Əliyev və onun qardaşı, 2001-ci il təvəllüdlü Tacir Əliyev arasında baş verən dava zamanı E. Hüseynov xəsarət alıb. E. Hüseynov bununla bağlı polisə şikayət edib.
Hazırda Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi hadisə ilə bağlı araşdırma aparır.
Вернуться назад