Təkzib
20-09-2016, 15:26. Разместил: heqiqet
Dövlətimizin prioritet əsasları ölkə resurslarının nizamlı şəkildə təsbit edilməsi prinsipidir. Biz jurnalistlər də bu məqsədə uyğun yazı sistemi qururuq. Etiraf edək ki, 23 aprel 2015-ci il tarixdə da dərc etdiyimiz «98 saylı körpələr evi-uşaq bağçasında təmirdən sonra qəbul və aylıq haqq daha da artıb» başlıqlı yazı da bu xarakterə əsaslanıb. Yazıdakı faktlar valideynlərin bağçanın qarşısında danışdıqları şifahi məlumatlara əsaslanıb. Həm də yazıdakı fakt və dəlillərin birbaşa mətbuata çıxarılması KİV haqqında qanunla nizamlanıb. Lakin biz etika xatirinə aidiyyəti bağçanın rəhbərliyi ilə görüşüb məsələni aydınlaşdırmaq fikrində olduq və buna dəfələrlə cəhd etdik, sadəcə, müəyyən səbəblərdən buna nail ola bilmədik. Buna baxmayaraq, yazı bağça rəhbərliyinin etirazı ilə qarşılansa da, bu ğünə kimi məqalədəki faktların yalnış olması ilə bağlı redaksiyaya heç bir məlumat verilməyib. Açığını deyək ki, aidiyyəti bağça ilə bağlı bizdən əvvəl də tənqid yazanlar olub. Demək istəyirik ki, bizdən sonra bu bağça ilə bağlı tənqidi yazı yazanlarla bizim heç bir əlaqəmiz olmayıb və buna görə kiminsə məsuliyyətini daşımırıq.
Yazıda incikliyə səbəb yaradan hallara görə adıçəkilən bağçanın müdiri Elnurə xanıma sonsuz ehtiramımızı bildirir, onun rəhbərliyi altında bağçada həyata keçirilən işlər barədə növbəti saylarımızda gözəl yazılara yer ayırmağa hazırıq.
“Heqiqet.az”
Вернуться назад