DataLife Engine > sosial > Tıxac olanda da yaşıl rəngdədir - Sürücüləri aldadan elektron tablolar (VİDEO)

Tıxac olanda da yaşıl rəngdədir - Sürücüləri aldadan elektron tablolar (VİDEO)


29-11-2016, 11:00. Разместил: heqiqet Tıxac olanda da yaşıl rəngdədir - Sürücüləri aldadan elektron tablolar (VİDEO) Tıxac olduğuna görə avtomobillər çətinliklə hərəkət edir. Məlumatlandırıcı ekranda isə bütün istiqamətlər yaşıl rəngdə, yəni yolların tamamilə açıq olduğu göstərilir.
Görüntülər payatxtın ən əsas yollarından olan Ziya Bünyadov prospektindəndir.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, elektron tablolarda yolun vəziyyəti düzgün göstərilmir. Bu da sürücülərdə inamsızlıq yaradır.
Bakı Nəqliyyaq Agentliyinin sektor müdiri Mais Ağayev bildirir ki, şəhərin müxtəlif hissələrində qurulan tablolara Nəliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəzarət edilir və düzgün informasiya göstərilir. Bu problem yalnız Ziya Bünyadov prospektində yaşanır.
Dayancaqlarda quraşdırılmış informasiya tablolarının da işləməsi üçün addımlar atılır. Artıq bu məqsədlə avtobuslara GPS sistemləri quraşdırılıb.
Hər iki problemində dəqiq olaraq nə zaman həll ediləcəyi isə bilinmir.


Вернуться назад