Xızı-Altıağac avtomobil yolunda - "Qabaqlayıcı tədbirlər görülür”
1-12-2016, 13:07. Разместил: heqiqet
Bunu "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli noyabrın 30-da Xızı-Altıağac avtomobil yolunda baş verən sürüşmə hadisəsi ilə bağlı bildirib. Onun sözlərinə görə, hazırda da həmin ərazidə tikinti işləri davam etdirilir:
“İlk dəfədir ki, həmin ərzidə sürüşmə hadisəsi baş verir. Yəni, Xızı-Altıağac avtomobil yolu sürüşmə ərazisi kimi qeydə alınmayıb. Sürüşmə intensiv yağışlar nəticəsində baş verib. Həmin ərazidə yenidən sürüşmə hadisənin yaşanmaması üçün qabaqlayıcı tədbirlər görülür”.
Qeyd edək ki, Xızı-Altıağac avtomobil yolundakı sürüşmə yolun 11-ci km-də 700 metr məsafəni, 3-cü km-də isə 250 metr məsafəni əhatə edib.
Вернуться назад