DataLife Engine > sosial > Afrika İttifaqında "ASAN Xidmət"in təqdimatı keçirilib

Afrika İttifaqında "ASAN Xidmət"in təqdimatı keçirilib


9-12-2016, 15:45. Разместил: heqiqet Afrika İttifaqında "ASAN Xidmət"in təqdimatı keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Efiopiyaya səfər edib.
Afrika İttifaqının dəvəti əsasında baş tutmuş səfərin məqsədi Azərbaycanın “ASAN xidmət” modelini Afrika qitəsi ölkələrinə daha geniş formatda təqdim etmək və dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın Afrika İttifaqı ilə əməkdaşlığını genişləndirməkdir.
"ASAN Xidmət"dən bildirilib ki, Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayevin rəhbərlik etdiyi və tərkibinə Dövlət Agentliyinin nümayəndəsinin də daxil olduğu heyət Əddis-Əbəbədə Afrika İttifaqının mənzil qərargahında “Dövlət xidmətləri və idarəetmə” mövzusunda təşkil edilmiş xüsusi sessiyada iştirak edib. Azərbaycan Afrika İttifaqının üzvü olmayan yeganə ölkə qismində dövlət xidmətlərinin göstərilməsi sahəsində öz təcrübəsini bölüşmək məqsədi ilə sessiyaya dəvət alıb.
Təqdimatla yanaşı, Afrika İttifaqının mənzil qərargahında “ASAN xidmət”in fəaliyyəti və nailiyyətlərini əks etdirən stend qurulub.
Вернуться назад