DataLife Engine > sosial > MN Azərbaycan Ordusunun 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib

MN Azərbaycan Ordusunun 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib


29-12-2016, 16:05. Разместил: heqiqet MN Azərbaycan Ordusunun 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib "Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
MN-dən bir daha təsdiq ediblər hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.
"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb", - deyə MN-dən bildiriblər.
Вернуться назад