Binəqədidə “Xocalı harayı” adlı tədbir keçirilib
24-02-2017, 19:58. Разместил: heqiqet
Binəqədi rayon İH-dən verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Kamaləddin Qafarov, Binəqədi rayon İH başçısının müavini Aygün Əliyeva, , YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov, YAP Binəqədi rayon təşkilatının Şura üzvləri, YAP Binəqədi rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrləri, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş kitabların sərgisi ilə tanış olduqdan sonra Xocalı faciəsi qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir “Xocalı harayı” adlı kompozisiyanın nümayişi ilə başladı.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən respublikada, eləcə də Binəqədi rayonunda mühüm tədbirlərin həyata keçirildiyini bildirib.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxış edərək Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ölkənin hər yerində anım mərasimlərinin, konfransların, tədbirlərin keçirildiyini vurğulayıb. O qeyd edib ki, artıq bir sıra ölkə parlamenti Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov və digər çıxışçılar Xocalı faciəsinin sadəcə, bir qırğın aktı olmadığını, milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırımı olduğunu bildiriblər.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamı bəşər tarixində ən qanlı faciələrdən biridir.
Tədbir bədii hissə və Xocalı faciəsinə həsr edilmiş “Müharibə uşaqları” adlı filmin nümayişi ilə davam etdirilib.
Вернуться назад