Namiq Qaraçuxurlu: "Gəlirim azalıb"
11-04-2017, 16:06. Разместил: heqiqet
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib.
Sənətçi bildirib ki, son günlər gəliri azalıb.
N.Qaraçuxurlu duet oxumamasının səbəbini də açıqlayıb: "O qədər uğurlu duetlərdən sonra qorxuram yenidən bu addımı atmağa. Məsuliyyət daşıyıram. Nə qədər özümü, adımı qoruyuramsa, o qədər az pul qazanıram və ya heç pul qazanmıram. Səviyyəmi qorumasam, qazanaram. Bozbaşlaşsam, haqqımda çox danışılacaq. Səviyyəyə doğru gedəndə adam tamaşaçısını itirir. Səviyyəli verilişlərə də az adam baxır".
Вернуться назад